525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Məlum olduğu kimi, çipsi aksizli mal olacaq, hər kiloqrama görə 1 manat aksiz vergisi tətbiq ediləcək. Bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Böyük ehtimal aksiz vergisinin tətbiqi məhsullun qiymətinin artmasına səbəb olacaq”.
Bunu 525.az-a iqtisadçı ekspert Natiq Cəfərli bildirib. Ekspert Vurğulayıb ki, istənilən vergi və rüsum son nəticədə mal və məhsulların satış qiymətinə təsir göstərir.
"Hazırda qiymət artımının hansı həddə olacağı ilə bağlı konkret qərar yoxdur, müzakirələr davam edir. Aksiz vergisinin məbləği nə qədər yüksək müəyyən edilərsə, məhsulların qiymətində artım da bir o qədər çox olacaq".
Sevinc Qarayeva