Bu məkanların 10 metr yaxınlığında siqaret çəkmək QADAĞAN EDİLDİ

09.01.2025

Publika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Belçikanın fransızdilli Vallon bölgəsində yerləşən Fleurus şəhərində gənclərin sağlamlığını qorumaq məqsədilə müəyyən ictimai yerlərdə tütün məmulatlarının istifadəsi qadağan edilib.

Publika.az xəbər verir ki, şəhərdə oyun əraziləri, məktəblərin, uşaq bağçalarının və qocalar evlərinin ətrafında siqaret və elektron siqaretdən istifadə qadağan edilib.

Yeni qərara əsasən, bu yerlərin giriş-çıxışlarına 10 metr məsafədə siqaret çəkmək qadağandır.

Digər tərəfdən, qadağanın pozulmasına görə heç bir cərimə elan edilməyib.

Aysel Şahmar

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью