Bu məktəbdə 10 şagird tüstüdən zəhərləndi, xəstəxanalıq oldu RƏSMİ AÇIQLAMA | Icma.az
Icma.az, Redaktor.az portalına istinadən məlumat verir. Salyan rayon Aşağı Noxudlu kənd tam orta məktəbdə pelet sobasının tıxanması tüstülən
Redaktor.az APA-ya istinadən xəbər verir ki, bu barədə Şirvan-Salyan Regional Təhsil İdarəsindən məlumat verilib.
"Məktəbdə əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb, şagirdlər və müəllimlər təxliyyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyyə ediliblər.
Tüstülənmə nəticəsində 10 şagird, 2 nəfər texniki işçi özünü pis hiss edib və təcili-tibbi yardıma müraciət edilib.
Onların səhhəti diqqət mərkəzində saxlanılır. Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır", - məlumatda qeyd
*** Salyanda məktəbdə şagirdlər tüstüdən kütləvi zəhərləniblər.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə Salyan rayonunun Noxudlu kənd orta məktəbində baş verib.
İlkin məlumata görə, 11 şagird, 2 əməkdaş məktəbi qızdırmaq üçün istifadə olunan yanacağın tüstüsündən zəhərlənərək xəstəxanaya yerləşdirildiyi bildirilir.
Tam oxu
Xəbəri oxu