Bu məktəbin qarşısında piyada keçidi parkinqə çevrilib: Şagirdlər təhlükədədir FOTO

06.01.2025

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Paytaxtın Nəsimi rayonu Məmmədcəfər Cəfərov küçəsində sürücülər dayanma-durma qaydalarını kütləvi şəkildə pozurlar.

Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın ”Whatsapp” ünvanına fotoşəkillər göndərib. O bildirib ki, sözügedən küçədə sürücülər mütəmadi olaraq avtomobillərini piyada keçidinin üzərində və yaxınlığında saxlayırlar. Nəticədə yolu keçən piyadalar keçiddən istifadə edə bilmirlər. Belə ki, 10-CV-105 dövlət nömrə nişanlı “BMW” markalı, “Toyota Prius” markalı avtomobillərin sürücüləri piyada keçidi nişanına əhəmiyyət vermədən keçidi zəbt ediblər. Şikayətçinin sözlərinə görə, qayda pozan sürücülər yaxınlıqdakı 159 saylı tam orta məktəbin şagirdlərinə də təhlükə yaradırlar. 

Qeyd edək ki, nəqliyyat vasitələrini piyada keçidləri və onlara 5 metr yaxın məsafədə saxlamaq qanunla qadağandır. 

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью