Bu məktəbin şagirdləri köçürüldü Səbəb

07.04.2025

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tədris prosesinin fasiləsizliyini təmin etmək məqsədilə Şəmkirdə güclü küləyə görə dam örtüyü aşan məktəbin şagirdləri müvəqqəti olaraq Şəmkir rayonu Vüqar Alırzayev adına İrmaşlı kənd tam orta ümumtəhsil məktəbinə köçürülüblər.

Globalinfo.az bildirir ki, bu barədə APA-ya Qazax-Tovuz Regional Təhsil İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, məktəbin dam örtüyünə dəyən zərərin qiymətləndirilməsi və müvafiq təmir işlərinin aparılması üçün təhsil müsəssisəsinə ilkin baxış keçirilib. Yaxın günlərdə təmir işlərinə start veriləcək.

Xatırladaq ki, dünən müşahidə edilən güclü külək Şəmkir rayonu Qalib Allahverdiyev adına Şiştəpə kənd tam orta ümumtəhsil məktəbinin dam örtüyünü aşırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью