Bu məktəblərdə tədris 1 həftə onlayn olacaq Nazir AÇIQLADI

11.09.2025

Icma.az, Lent az portalına istinadən məlumat verir.

"Formula 1" zamanı bəzi məktəblərdə tədris 1 həftə onlayn formada keçiriləcək".

Lent.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair media üçün brifinqdə deyib.

Nazir bildirib ki, 6 nömrəli məktəb, 132-134 saylı təhsil kompleksi, Elitar gimnaziya və digər mərkəzə yaxın müəssələrdə tədris 1 həftə distant formada təşkil ediləcək:

"Biz bu müəssisələrin siyahısını elan edəcəyik. Bu qərar bütün məktəblərlə bağlı deyil".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью