Bu məktəblərə yeni ad verildi QƏRAR

09.02.2026

Metbuat saytına istinadən Icma.az xəbər verir.

Bu məktəblərə yeni ad verilib.

Metbuat.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, Ağdaş rayonu Kotanarx kənd tam orta ümumtəhsil məktəbinə Xalq şairi Fikrət Qocanın adı verilib. Elm və Təhsil Nazirliyi və Ağdaş Rayon İcra Hakimiyyətinə Qərardan irəli gələn məsələlərin həll edilməsi tapşırılıb.

Eyni zamanda, Qusar şəhər Uşaq İncəsənət Məktəbinə Azərbaycanın Xalq artisti Elza İbrahimovanın adı verilib. Mədəniyyət Nazirliyi və Qusar Rayon İcra Hakimiyyəti Qərardan irəli gələn məsələləri təmin etməlidirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью