Bu məktəblərin bərpasına 16 milyondan çox vəsait xərclənəcək

23.07.2026

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Respublikanın bir sıra təhsil müəssisələrində təmir, kommunal-kommunikasiya və abadlıq, həmçinin təmir işləri aparılacaq.

"AzPolitika" xəbər verir ki, bununla bağlı müvafiq prosedura start verilib.

Belə ki, Kürdəxanı qəsəbəsi 113 nömrəli məktəb-lisey, Binəqədi rayonu 103, 244, 276, 283 nömrəli, Lənkəran rayonu Şağlaküçə 4 saylı tam orta ümumtəhsil məktəbi, 9 saylı tam orta məktəb, həmçinin Qobustanda və başqa təhsil müəsissələrində təmir, kommunal-kommunikasiya işləri həyata keçiriləcək.

Sözügedən layihənin həyata keçirilməsinə xərclənəcək ilkin ehtimal olunan məbləğ 16 milyon 786 min 903 manatdır.(oxu.az)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью