Bu məktəblərin direktorları dəyişdi TAM SİYAHI

26.11.2026

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) müvafiq əmrləri ilə ölkənin müxtəlif bölgələrində yerləşən ümumilikdə 8 ümumtəhsil müəssisəsinə yeni direktorlar təyin edilib.

"AzPolitika" Müsahibə mərhələsindən uğurla keçən namizədlərin təyinat siyahısını təqdim edir:

Bakı və Sumqayıt şəhərləri üzrə:

Bakı şəhəri 292 nömrəli tam orta ümumtəhsil məktəbi: İlahə Fərmanlı direktor təyin edilib. O, 2016-cı ildən pedaqoji fəaliyyətlə məşğul olur və bu təyinata qədər 76 nömrəli məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini çalışıb. Bakı şəhəri 67 nömrəli tam orta ümumtəhsil məktəbi: İlkin Əflatun oğlu Əliyev təyinat alıb. İxtisasca ingilis dili müəllimi olan İ.Əliyev 2019-cu ildən pedaqoji fəaliyyət göstərir, son olaraq 136 nömrəli məktəbdə direktor müavini olub. Sumqayıt şəhər F.Piriyev adına 18 nömrəli tam orta məktəb: Hicran Musa qızı Nəsirova direktor vəzifəsinə gətirilib. BDU-nun Biologiya fakültəsinin məzunu olan H.Nəsirova 2008-ci ildən pedaqoji fəaliyyətdədir. O, əvvəllər Xırdalan şəhər 6 nömrəli məktəbdə direktor müavini, 2022–2024-cü illərdə isə Sumqayıt şəhər 42 nömrəli məktəbin direktoru vəzifəsini icra edib. 

Qobustan rayonu üzrə:
Agentliyin direktoru Eşqi Bağırovun əmri ilə rayonun 5 məktəbinə təyin olunan yeni direktorlar artıq kollektivlərə təqdim ediliblər: 

Aleksey Çernyayevski adına şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbi: Ədalət KamalovTəklə kənd tam orta ümumtəhsil məktəbi: Gülnar AtamoğlanovaXilmilli kənd tam orta ümumtəhsil məktəbi: Günel İmaməlizadəYaşar Sadiqov adına Çelov kənd ümumi orta ümumtəhsil məktəbi: Şahin İbrahimovRasim Hüseynov adına Cəyirli kənd ümumi orta ümumtəhsil məktəbi: Buğday Azadə 

Qeyd edək ki, 27 noyabr 2026-cı il saat 15:00-dan etibarən vakant direktor vəzifələrinə işə qəbul üzrə elektron sənəd qəbuluna başlanılır. Namizədlər 4 dekabr 2026-cı il saat 17:00-dək https://miq.edu.az/direktor linkinə daxil olaraq elektron qeydiyyatdan keçə bilərlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью