Bu məlumatlar sonradan başqa dələduzluq sxemlərində də istifadə oluna bilər” Rəy

27.10.2026

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

 “Rəqəmsal imkanların genişlənməsi ilə paralel olaraq kiberdələduzluq üçün də yeni imkanlar yaranır. Bu gün əsas problemlərdən biri insanların saxta satış səhifələri və müxtəlif aldadıcı kampaniyalar vasitəsilə həm pullarını, həm də bank və şəxsi məlumatlarını itirməsidir. Kiberdələduzların əsas məqsədi təkcə vətəndaşın hesabından pul çıxarmaq deyil. Bəzən daha böyük risk şəxsin bank kartı, mobil telefon nömrəsi, elektron poçt ünvanı, hesab məlumatları və digər şəxsi informasiyalarının əldə edilməsidir. Bu məlumatlar sonradan başqa dələduzluq sxemlərində də istifadə oluna bilər”. 

Bunu 525.az-a iqtisadçı ekspert Xalid Kərimli bildirib. Ekspert qeyd edib ki, xüsusilə sosial şəbəkələr üzərindən həyata keçirilən satışlar diqqət tələb edir. Saxta səhifələr real mağazaların adından və loqosundan istifadə edə, peşəkar hazırlanmış reklamlar yerləşdirə və hətta saxta müştəri rəyləri yarada bilərlər. İstehlakçı məhsulun həqiqətən mövcud olduğunu düşünərək ödəniş etdikdən sonra həmin səhifə bağlana və satıcı ilə əlaqə yaratmaq mümkün olmaya bilər. Digər geniş yayılmış üsul isə saxta endirim və kampaniyalardır. Məhsulun real bazar qiymətindən xeyli aşağı qiymətə təklif edilməsi insanlarda fürsəti qaçırmamaq düşüncəsi yaradır. Dələduzlar məhz bu psixoloji məqamdan istifadə edərək vətəndaşı tez qərar verməyə sövq edirlər. 

Sevinc Qarayeva 
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью