Icma.az, Kulis.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Kulis.az Günel Mehrinin "Şairlər susmasın..." adlı yeni essesini təqdim edir. Mənə sorsan, bu məmləkətdə ən çətin iş şair qala bilməkdir.
Şair ola bilmək də yox, məhz şair qala bilmək. Bir məmləkətin şairləri sükut edərsə, orada yaşayan insanların həyat eşqi azalar, duyğuları k
Bəlkə, gözlə görünməz, bilinməz, hiss olunmaz, amma günbəgün sevgisizləşər, anbaan tənhalaşar həmin məmləkət.
Təəssüf ki, bu gün mənim pəncərəmdən görünən mənzərədə bu məmləkətin şairləri susur...
Mənim bu mövzuda haqlı ya haqsız olduğumu isbatlamaq üçün gəl beş il öncəyə boylanaq.
Beş il öncədir və ədəbi mühitdəki şeir rəqabətinə, gənc şairlərin ard-arda nəşr etdirdikləri kitablara yetişmək üçün vaxtım çatmır.
Üstəlik, feysbuk səhifəmin xəbər lentində, yalan olmasın, hər gün mürəkkəbi qurumamış yepyeni şeirlər çıxır qarşıma.