Bu, məni çox həyəcanlandırır | Icma.az
Axsham.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Xalq artisti Tünzalə Ağayeva bir müddət əvvəl təqdim etdiyi “Mən bu eşqə düşəni” mahnısı ilə bağlı açıqlama verib.
Axşam.az xəbər verir ki, müğənni klip də çəkdirdiyi mahnının çox sevildiyini bildirib: "İllərdir bu mahnı bizim yaddaşımızdadır.
Şəxsən mənim də çox sevdiyim mahnılardan biridir. Məktəb illərimdən eşidib sevmişdim bu mahnını.
Bildiyiniz kimi, bu mahnı Türkiyədən bizə gəlib. Onu bəstəkar Suat Sayın yazıb.
Bizə bu nəğməni sevdirən dahi sənətkar, xanəndə Hacıbaba Hüseynov olub.
Düzdür, bu nəğməni bir çox sənətçilər ifa ediblər, amma mənim versiyam tam fərqli oldu.
Mən də arabesk, ritmik rəqs ab-havasına deyil, daha çox dramatik, lirik notlara toxunulub. Hesab edirəm ki, yanaşmam bu mahnıya çox yaraşıb.
Tam oxu
Xəbəri oxu