Bu məni maraqlandırmır QMİ sədri

06.06.2025

Icma.az, News24 saytına istinadən bildirir.

Ermənilərin İrəvan Qazılığının bərpası ilə bağlı münasibəti bizi maraqlandırmır.

News24.az xəbər verir ki, bunu bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Təzəpir məscidində bayram namazından sonra jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ermənilərin İrəvan Qazılığı ilə bağlı dedikləri məni maraqlandırmır.

"Biz onu yaratmamışıq, bərpa etmişik. İrəvanda aparılan siyasətin nəticəsində azərbaycanlılar deportasiyaya məruz qaldıqdan sonra Qazılığın fəaliyyəti dayandırılmışdı. Biz məsləhətləşmələrdən sonra, azərbaycanlıların öz torpaqlarına qayıdacaqlarına inanaraq, mənəvi dayaq üçün Qazılığı bərpa etdik", - deyə o qeyd edib.

QMİ sədri sonda əlavə edib ki, gələn il Dünya Ağsaqqallar Şurası Azərbaycanda böyük konfrans keçirə bilər./Trend 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью