Bu, mənim üçün çox vacib idi Ayxan Abbasov

11.10.2025

Mia.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Futbolçularımız əzmkarlıq göstərdi. Bu, vacib idi".

Mia.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsində Fransaya 3-0 hesablı məğlubiyyətdən sonra deyib.

O, oyunun çətin keçəcəyini bildiklərini sözlərinə əlavə edib: "Fransa yığmasının necə ciddi hazırlaşdığını da görürdük. Rəqibin ilk dəqiqələrdəki pressinqinə hazır idik. Birinci hissənin son dəqiqələrində qol buraxmasaydıq, ikinci hissədə bəlkə daha yaxşı olardı. İstənilən halda, bugünkü oyunda göstərdikləri əzmkarlığa görə futbolçularımıza təşəkkür edirəm. Bu, mənim üçün çox vacib idi".

Ayxan Abbasov  üç gündən sonra daha ağır matça çıxacaqlarını da deyib: "Artıq Ukrayna ilə qarşılaşmaya hazırlaşacağıq. Təbii ki, vaxt az olduğu üçün çətinlik olacaq. Amma heyətimiz genişdir, digər oyunçularımız da hazırdırlar. Ukrayna millisi də ağır İslandiya səfərindən sonra bizimlə oyuna çıxacaq".

Qeyd edək ki, oktyabrın 13-də millimiz Polşanın Krakov şəhərində Ukrayna ilə matça çıxacaq.

Zülfiyyə

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью