“Bu məntiqlə, bütün Rusiyanı Monqolustana qaytarmaq lazımdır”

26.11.2026

Icma.az bildirir, Yeniavaz portalına istinadən.


“Ukrayna torpaqlarının əzəldən Rusiyaya məxsus olduğunu demək düzgün deyil”
Yeniavaz.com
xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko “Le Point” nəşrinə müsahibəsi zamanı deyib.
“Vaxtilə onlar Rusiyanın tərkibində olub, amma məsələni dərindən araşdırsaq, rus torpaqları monqol və tatarların hakimiyyəti altında olub. Bu məntiqlə, onda bütün Rusiyanı Monqolustana qaytarmaq lazım gələcək”, – deyə Lukaşenko bildirib.
Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin də bunu çox yaxşı anlayır.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью