Bu mənzilin bir kvadratı 10 min manatdır Bakının mərkəzində satışa çıxarıldı

19.11.2026

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

Bakının mərkəzində yerləşən bəzi mənzillərin qiyməti milyonlarla ölçülür. Bu dəfə satışa çıxarılan mənzil isə həm sahəsi, həm otaqlarının sayı, həm də yerləşdiyi ünvanla seçilir. İçərişəhər metrosunun qarşısında yerləşən 361 kvadratmetrlik mənzilə 3 milyon 610 min manat qiymət qoyulub.

“Yeni Sabah” xəbər verir ki, söhbət paytaxtın Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən köhnə tikili binadakı mənzildən gedir. 

Satış elanına əsasən, mənzil 5 mərtəbəli binanın birinci mərtəbəsində yerləşir. Ümumi sahəsi 361 kvadratmetr olan əmlakın 10 otağı var. Mənzilin çıxarışının olduğu da bildirilir. Online alış-veriş

Əmlakın bir kvadratmetrinin qiyməti 10 min manat təşkil edir. Mənzil bütövlükdə 3 milyon 610 min manata satışa çıxarılıb.

Elan sahibi mənzilin yalnız yaşayış üçün deyil, ofis, klinika və digər kommersiya məqsədləri üçün də istifadə oluna biləcəyini qeyd edib.

Əsmətxanım Rzazadə 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью