Bu “Mercedes” dünyanın ən bahalı maşınlarından biri oldu

02.02.2025

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Məşhur Qran-Pri yarış avtomobillərindən olan “Mercedes-Benz W 196 R” modeli Ştutqartda təşkil olunan hərracda 51 milyon avroya satılıb.

Lent.az xəbər verir ki, bu barədə “Handelsblatt” qəzeti məlumat yayıb. 

Məlumata görə, bu, indiyədək hərracda satılan ən bahalı Qran-Pri yarış avtomobili kimi tarixə düşüb.

Avtomobil ilk dəfə 1965-ci ildə istehsalçı tərəfindən “Indianapolis Motor Speedway” muzeyinə bağışlanıb. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью