Bu məsciddə bayram namazı beş dəfə qılındı

20.03.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Tokio məscidində izdiham səbəbindən bayram namazı ardıcıl olaraq beş dəfə qılınıb.

"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "İhlas" xəbər agentliyi məlumat verib. Bildirilib ki, Tokio məscidinin imamı Musa Atcı dünyanın müxtəlif yerlərindən gələn müsəlmanların bayram namazına toplaşmasından məmnunluğunu ifadə edib.

"Bu gün namazı böyük bir izdihamla qıldıq. Dörd imam müxtəlif vaxtlarda namaz qıldı", - deyə o bildirib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью