Bu məsələdə Azərbaycan Prezidenti ilə razılığa gəlmişik Putin | Icma.az
Metbuat saytından alınan məlumata görə, Icma.az bildirir. Xəzər dənizi artıq, demək olar, qurumuş Aral dənizinin taleyini təkrarlamamalıdır.
“Biz heç bir halda Aral dənizi ilə baş verənlərə yol verməməliyik. Orada hər tərəf duzdur, yalnız gölməçələr qalıb...
Bilmirəm, hətta səylərimizi birləşdirsək belə, nəsə edə bilərik ya yox, çünki təbiət qüvvətli sistemdir.
Lakin buna baxmayaraq, bizdən asılı olan hər şeyi etməliyik”, – Putin deyib.Rusiya lideri əlavə edib ki, bu ölkələrə səfərləri zamanı Xəzərin dayazlaşması problemini Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə müzakirə edib və Azərbaycan lideri ilə bu istiqamətdə birgə iş barədə razılığa gəlib.Dövlət başçısının sözlərinə görə, o artıq Rusiya hökumətinə müvafiq fəaliyyət proqramı hazırlamaq tapşırığı verib.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu