Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın dilindən səsləndirilən fikirlər, yəni Ermənistan hakimiyyətinin istər Ermənistanda yaşayan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti, istərsə də Azərbaycanın Qarabağ bölgəsində yaşayan azərbaycanlılara qarşı bu siyasətin aparılması ilə bağlı fikirləri "Yerkpara" terror təşkilatının nümayəndələri ilə görüşdə bildirməsi hesab edirəm ki, kifayət qədər açıq şəkildə ermənilərin birinci şəxsin dilindən azərbaycanlılara qarşı soyqırım və etnik təmizləmə siyasətinin aparılmasının bir göstəricisi kimi dəyərləndirilə bilər”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Samir Hümbətov söyləyib.
Politoloq vurğulayıb ki, biz əvvəllər bu halı dünya ictimaiyyətinə bağırsaq da, amma çox təəssüf ki, səsimizi eşitmək istəmirdilər: “Hətta bizi ermənilərə qarşı qarayaxma kampaniyasında günahlandırmaq istəyirdilər.
Guya biz qarayaxma kampaniyası yürüdürük. Amma bu gün Levon Ter-Petrosyanın dilindən o sözlərin yayılması bir daha Azərbaycanın və azərbayca
S.Hümbətov əlavə edib ki, eyni zamanda, Ter-Petrosyanın dilindən Göyçənin, Zəngəzurun və digər ərazilərin Azərbaycanın əzəli və əbədi torpaq
Bu məsələ dünya ictimaiyyətində qaldırılmalıdır. Bu, sübutdur, faktdır. Bunu heç bir formada gizləmək olmaz.
Onsuz da illərdir bunu deyirdik, əlimizdə sübutlar da vardı.