Bu məsələni dəmir yumruqla da həll edə bilərik Ərdoğan

31.12.2024

Icma.az xəbər verir, Teleqraf.com saytına əsaslanaraq.

Qarşıdakı dövrdə terrordan azad Türkiyə strategiyamızı reallığa çevirmək üçün qəti addımlar atacağıq.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Qarşıdakı dövrdə terrordan azad Türkiyə və bölgə strategiyamızı reallığa çevirmək üçün qəti addımlar atacağıq. Ölkəmizə yeni yol açacaq bu prosesin rahat, qarşılıqlı xoş niyyət və anlaşma şəraitində davam etməsi üçün bütün səylərimizi göstəririk. Amma lazım olanda dövlətimizin ipək əlcək içindəki dəmir yumruğunu istifadə etməkdən də çəkinməyəcəyik.

Allahın izni ilə bu çərçivədə 2025-ci ildə millətimizə yeni müjdələr verməyi ümid və arzu edirik”, - dövlət başçısı bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью