Bu məşhur “Dream fest”də çıxış edəcək

02.05.2025

Icma.az, Missiya.az portalına istinadən məlumat verir.

Xalq artisti Tünzalə Ağayeva paytaxtda keçiriləcək “Dream fest” beynəlxalq musiqi festivalında iştirak edəcək.
Missiya.Az xəbər verir ki, pop ulduz iyulun 24-də baş tutacaq Müslüm Maqomayev gecəsində çıxış edəcək. Sözügedən gecə əvəzolunmaz, dəyərli sənətkar Müslüm Maqomayevin əziz xatirəsinə, yaradıcılığına həsr olunacaq.
Məlumat üçün bildirək ki, “Dream fest” iyulun 23-dən 26-dək davam edəcək.

Zərintac Mayisqızı 

Missiya.Az 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью