Bu məşhur xərçəngi YENDİ

17.09.2026

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Prezident Donald Trampın aparat rəhbəri  Suzi Vayls xərçəng diaqnozu açıqlandıqdan təxminən altı ay sonra bu xəstəlikdən azad olduğunu açıqlayıb.

Bakıvaxtı.az-ın “LeMonde.fr”ə istinadən verdiyi xəbərə görə, o, patologiya nəticələrinin normal olduğunu qeyd edib:

“Mən xərçəngdən azadam”.

S.Vayls ailəsinə, dostlarına və həkimlərinə təşəkkür edərək, eyni zamanda Prezident D.Trampa sarsılmaz dəstəyinə görə çox xüsusi təşəkkürünü ifadə edib:

“Mən ona dərin minnətdaram və onunla “Amerika Birinci” gündəliyini inkişaf etdirmək üçün çalışmağa davam edəcəyəm”.

Qeyd edək ki, 69 yaşlı S.Vayls ötən ilin mart ayında ona döş xərçəngi diaqnozu qoyulduğunu və müalicə aldığını bildirib.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью