Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanın tanınmış vəkillərindən olan Hafiz Həsənov, media eksperti Xalid Ağalıyev, ictimai fəallar Bəşir Süleyman və Məmməd Məmmədzadə Baş Prokurorluq Yanında Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinə çağırılıb.
Gununsesi.info-nun xəbərinə görə, bugün günorta saatlarından prokurorluğa çağırılan bu şəxslərin cinayət məsuliyyətinə cəlb olunması barədə iddialar ortaya çıxıb.
Məlumatlara görə, adıçəkilən şəxslər beynəlxalq qurumlardan qanunsuz qrant almaqda günahlandırılır.
Gununsesi.info