Bu metrostansiyanın 4 cü çıxışı müvəqqəti bağlanacaq

06.01.2026

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

"Memar Əcəmi" stansiyasının ikinci vestibülünün keçidində təmir işlərinə başlanılır.

"Unikal" xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Bildirilib ki, keçidin divarlarında 260 kvadratmetr sahədə köhnə üzlüklər sökülərək mərmər analoqları ilə əvəz olunacaq, döşəmədə 370 kvadratmetr sahədə mozaika üzlük qranitlə dəyişdiriləcək.

Təhlükəsizlik və işlərin operativ aparılması məqsədilə keçid qismən sərnişinlər üçün açıq olacaq və stansiyanın 4-cü çıxışı müvəqqəti bağlanacaq.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью