Bu meyvədə xəstəlik var Qiyməti UCUZLAŞIR

08.10.2025

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qeyri-sabit hava və güclü yağışlar kənd təsərrüfatının bir neçə sahəsində problemlər yaradıb.

Milli.Az xəbər verir ki, Sabirabadda nar yetişdirilməsi ilə məşğul olan fermerlər bu vəziyyətin onlara ciddi ziyan vurduğunu bildirirlər.

Fermer Nahid Soltanzadə bildirir ki, onların yetişdirdiyi məşhur öküzburun sortu nadir hallarda Avropa və Amerikada tapılır, lakin dəyişkən hava şəraiti ağaclara zərər verib və məhsuldarlıq azalıb.

Eyni problem Göyçayın nar bağlarında da müşahidə olunur. Oradakı təsərrüfat sahibləri məhsulun təxminən yarısının sıradan çıxdığını qeyd edirlər:

"Oktyabr ayının əvvəlində nar yığımına başlanmalı idi, amma maya dəyəri 1.20 manat olan məhsulu 70 qəpiyə alırlar. Bəzilərində isə göbələk xəstəliyi var. Yağış meyvələrə ciddi ziyan vurub, dərmanlama xərclərini belə qarşılaya bilmirəm".

Mütəxəssislər fermerlərə bağlarını sığortalamağı tövsiyə edirlər ki, belə hallar üçün hazırlıqlı olsunlar.

Asya
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью