Bu meyvələr xərçəngə səbəb ola bilər Alimlərdən ŞOK | Icma.az
Icma.az, Medicina saytına istinadən bildirir. Alimlər sitrus meyvələrinin melanoma kimi aqressiv dəri xərçəngi növünün inkişaf riskini artır
Araşdırmada iştirak edənlərdən 1840 nəfərə melanoma diaqnozu qoyulub.
Məlum olub ki, bu xəstələr sitrus meyvələrini normadan artıq miqdarda qəbul ediblər.
Alimlərin açıqlamasına görə: *“Gündəlik 1,6 porsiyadan çox sitrus meyvəsi yeyən insanlarda dəri xərçənginə tutulma riski həftədə iki dəfədən az yeyənlərə nisbətən 36% daha yüksəkdir.” Bir porsiya isə yarım qreypfrut, bir portağal və ya bir stəkan portağal şirəsinə bərabər hesab olunur.
Mütəxəssislər bildirirlər ki, sitrus meyvələri furanokumarin adlı birləşmələrlə zəngindir.
Bu maddələr fotoaktiv xüsusiyyətə malikdir və bədənə daxil olduqda dərini işığa, xüsusən də ultrabənövşəyi şüalara qarşı daha həssas edir.
UV şüalanmasının isə dəri xərçənginin əsas səbəblərindən biri olduğu artıq elmi cəhətdən sübut olunub.Aygün Musayeva Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu