Bu meyvəyə diqqət: Tərkibində alkoqol var 5 ədədində bir pivə… | Icma.az
Icma.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Gündəlik həyatda tez-tez yediyimiz banan sağlam meyvə olsa da, alkoqol tərkibi ilə təəccübləndirib.
Qida məhsullarındakı alkoqol miqdarının bir çox müxtəlif səbəbləri var. Bunlardan biri təbii fermentasiya prosesidir.
Xüsusilə meyvə və ya meyvə şirələri təbii olaraq fermentasiyaya uğrayaraq alkoqol istehsal edə bilər.
Bu proses mikroorqanizmlərin şəkərləri alkola çevirməsi ilə başlayır və xüsusilə fermentasiya olunmamış, yetişmiş meyvələrdə daha çox nəzərə çarpır.News24.az xəbər verir ki, “Spectrum Science”in araşadırmalarına görə, 5 ədəd yetişmiş orta boylu banan bir kiçik pivə qədər alkoqol tərkibinə sahib ola bilər.
Ümumilikdə, bu cür kiçik miqdarda alkoqol əksər böyüklər üçün təhlükəsizdir.
Lakin alkoqol qəbulundan çəkinən şəxslər üçün, xüsusən dini və ya sağlamlıq səbəbləri ilə alkoqol qəbul etmək istəməyənlərə bu, problem ola bilər.Gizli alkoqol həm də alkoqolizm xəstəliyi olan insanlar üçün təhlükəli ola bilər.
Çünki kiçik miqdarlarda belə, hətta yalnız alkoqolun qoxusu belə, xəstəliyin təkrar baş qaldırmasına səbəb ola bilər.Gizli alkoqoldan qaçmağın ən effektiv yolu məhsulların tərkibini diqqətlə yoxlamaqdır.
Tam oxu
Xəbəri oxu