“Bu modeldə dövlət yalnız tənzimləyici deyil” Rəy

21.04.2026

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Xüsusi qeyd etmək lazımdır ki, yeni dünyada dövlətin iqtisadi rolu yalnız maliyyə və sənaye siyasəti ilə məhdudlaşmır. Rəqəmsallaşma dövlətin funksiyalarını keyfiyyətcə dəyişir”.

Bunu fikri 525.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib. Millət vəkili vurğulayıb ki, dövlət xidmətlərini vahid platformalarda (məsələn, MyGov tipli sistemlərdə) birləşdirməklə, məlumat əsaslı qərarvermə mexanizmlərini gücləndirməklə, biznes və vətəndaş üçün əməliyyat xərcləri azaltmaqla rəqəmsallaşma mahiyyətcə tamamilə yeni olan dövlət modelini formalaşdırır: 

“Bu modeldə dövlət yalnız tənzimləyici deyil, həm də əməkdaşlıq platforması yaradıcısı və ekosistem rəhbəri rolunu oynayır”.

Sevinc Qarayeva 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью