Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"ABŞ-ın BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Alimova viza verməkdən imtina etməsi Moskvaya qarşı daha bir qeyri-dost addımdır”.
525.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O bildirib ki, məsələ Moskva ilə Vaşinqton arasında təmasların mövzularından birinə çevriləcək: “Şübhəsiz ki, bu məsələ amerikalılarla təmaslar zamanı gündəmə gətiriləcək. Bu, Rusiyaya qarşı növbəti qeyri-dost addımlardan biridir”.
Peskov deyib ki, ABŞ BMT-nin mənzil-qərargahına ev sahibliyi edən ölkə kimi üzərinə götürdüyü öhdəlikləri pozur: “Bunlar ABŞ-ın BMT-nin mənzil-qərargahına ev sahibliyi edən dövlət kimi öhdəliklərinə zidd olan hərəkətlərdir. Bu cür addımlara yol verməməlidir”.
Pərvanə Sultanova