Bu mövsüm 1 ci Liqada hələ belə maraqlı matç olmayıb Füzuli Məmmədov | Icma.az
Fanat saytından alınan məlumata görə, Icma.az bildirir. 1-ci Liqanın 6-cı turu gərgin mübarizəyə səhnə olacaq.
Çempionluq uğrunda mübarizə aparan "Şəfa" ötən mövsüm tərk etdiyi Premyer Liqaya qayıtmağı hədəfləyən "Səbail"i qəbul edəcək.
Tanınmış məşqçi Füzuli Məmmədovla əlaqə saxlayıb sabah Binə qəsəbə stadionunda keçiriləcək qarşılaşmadan nə gözlədiyini soruşduq.
Qarşılaşmanı stadiondan izləməyi planlaşdıran mütəxəssisin Fanat.Az-a açıqlaması belə oldu: "Maraqlı oyun olacaq.
Bu mövsüm 1-ci Liqada hələ belə maraqlı matç olmayıb. Bu görüş hər iki komanda üçün olduqca önəmlidir.
Tərəflərin ikisi də qələbə qazanmağa çalışacaqlar. Çempionluq uğrunda məhz "Şəfa" ilə "Səbail"in mübarizə apardığı məlum həqiqətdir.
Bakı təmsilçiləri bildiyiniz kimi, 3 dəfə qarşılaşacaqlar və bu görüş onlardan birincisidir.
Komandaların oyun üslubları da yetərincə oxşardır. Hər ikisi 3-cü və 2-ci zonada pressinq tətbiq etməyə, dominant futbol oynamağa, topa nəza
Tam oxu
Xəbəri oxu