Bu mövsüm avrokuboklarda şans Qarabağ ın tərəfində deyildi | Icma.az
Sportal.az saytına istinadən Icma.az xəbər verir. "Qarabağ"ın FKSB ilə oyununu izlədim. Təbii ki, məğlubiyyətə üzüldüm.
Düzünü desəm, bütün klublar, xüsusən də böyük klublar keçid dövrü yaşayırlar, pis fazadan keçirlər.
Bu, "Qarabağ"ın kifayət qədər yaxşı olmadığı anlamına gəlmir. Onlar bu dönəmi də geridə qoyacaqlar.
Çünki illər ərzində "Qarabağ" çox inkişaf edib, çox yaxşı oyunlar keçirib, böyük təcrübə toplayıb".
Bu sözləri Sportal.az saytına açıqlamasında “Qarabağ”ın sabiq hücumçusu Dino Ndolovu deyib.
O, Ağdam klubunun Avropa Liqasındakı uğursuz nəticələrindən bəhs edib.
Ndolovunun sözlərinə görə, bu mövsüm Azərbaycan çempionunun avrokuboklarda bəxtinə çox güclü rəqiblər çıxıb: "Daha əvvəl dediyim kimi, “Qarabağ” Avropa Liqasında güclü komandalarla qarşılaşdı.
Hər halda, geridə qalan oyunlar hər iki istiqamətdə də gedə bilərdi.
Tam oxu
Xəbəri oxu