Bu mövsüm meydana çıxmayan futbolçu Bayer ə keçdi

27.01.2026

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

Bu mövsüm meydana çıxmayan futbolçu "Bayer"ə keçdi

“Bayer” heyətini yeni qapıçı ilə gücləndirib.

QOL.az xəbər verir ki, Bundesliqa klubu Mönhenqladbax “Borussiya”sının qolkiperi Yonas Omlinlə anlaşıb.

Leverkuzen təmsilçisi 32 yaşlı isveçrəli futbolçunu bu mövsümün sonuna qədər icarəyə götürüb.

Qeyd edək ki, Omlin bu mövsüm meydana çıxmayib. İsveçrə millisinin üzvü 2023-cü ildən “Borussiya”da oynayır. O, ümumilikdə 36 oyunda iştirak edib və 63 qol buraxıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью