Bu mövsüm oynamayacağı dəqiqləşdi

01.04.2025

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

Arkadiuş Milik növbəti bəxtsizliklə üzləşib.
“Yuventus”un hücumçusu yenə zədələnib. 31 yaşlı polşalı futbolçu vətənində bərpa xarakterli məşqdə xəsarət alıb. Müayinə nəticəsində onun bu mövsüm oynamayacağı dəqiqləşib. Arkadiuş müxtəlif zədələrə görə cari mövsümdə bir rəsmi oyunda belə görünməyib.
O, 2024-cü ilin iyununda menisk əməliyyatı keçirib, oktyabrda isə sol dizində əməliyyata məruz qalıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью