“Bu mövzuda Rəşad Sadıqovla razı olmayanlar haqlıdı” “Zirə” yeksəlir, yoxsa enir? | Icma.a…
Icma.az, Footbal-plus portalına istinadən məlumat verir. "Zirə" yeni mövsümə yaxşı başlamayıb.
Müqayisə üçün qeyd edək ki, "qartallar" Misli premyer-liqasının 2023/24 mövsümünün ilk 14 turunda 28 xal toplayəb və cəmi iki dəfə uduzub.
İndi mənzərə fərqlidi: 20 xal, 6 məğlubiyyət. Üstəlik komanda son 6 matçda cəmi bir qələbə qazanıb.Düzdü, hələ qarşıda 22 tur var.
Lakin başlanğıc müəyyən enişdən, toparlanmağın vacibliyindən xəbər verir. Baş məşqçi Rəşad Sadıqov isə belə düşünmür.
Daha doğrusu, indiki "Zirə"nin əvvəlkindən daha güclü olduğunu deyir.Bəs Rəşad Sadıqov fikirlərində haqlıdımı?
Haqlıdısa, həmin yüksəliş niyə nəticələrdə əksini tapmır?Bu suallarla təcrübəli mütəxəssis Aslan Kərimova müraciət etdik.
Onun "Football-plus.az"a cavabı:"Əslində Rəşad Sadıqovun sözlərində həqiqət var.
O, baş məşqçi kimi komandasındakı inkişafı daha yaxşı görür. Onu deyə bilərəm ki, ötənilki "Zirə" daha zəif təsir bağışlayırdı.
Tam oxu
Xəbəri oxu