Bu müddətdə 436 nəfər minaların qurbanı olub XİN dən PAYLAŞIM

14.08.2026

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

Azərbaycan Xarici İşlər Nazirliyi mina partlayışları ilə bağlı X sosial şəbəkə hesabında paylaşım edib. SİA xəbər verir ki, paylaşımda Azərbaycanda son iki gün ərzində iki mina partlaytışının baş verməsi qabardılıb. "Ardıcıl iki gün. İki mina partlayışı. Üç mülki şəxs yaralanıb", - paylaşımda bildirilib.

Qeyd olunub ki, 2020-ci il müharibəsinin sonundan bəri Azərbaycanda 436 nəfər minaların qurbanı olub: "Bu faciəvi hadisələr münaqişənin ölümcül mirasının həyatları təhdid etməyə, yenidənqurma işlərini ləngitməyə və məcburi köçkünlərin təhlükəsiz qayıdışını əngəlləməyə davam etdiyini bariz şəkildə xatırladır".

Qeyd edək ki, avqustun 12-də Xocavənddə, 13-də isə Kəlbəcərdə mina partlayışı baş verib.

Mətləb

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью