Bu müəllimlərin maaşı arta bilər

07.09.2026

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu həftə diaqnostik qiymətləndirmədə iştirak etməmiş müəllimlər üçün imtahanlar keçiriləcək.

Milli.Az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İmtahan və qiymətləndirmə şöbəsinin müdiri Nurlan İsmayılbəyli sosial media hesabında məlumat paylaşıb.

O bildirib ki, 2013 - 2018-ci illərdə dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin, direktor və direktor müavinlərinin, eləcə də gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılıb və əməkhaqlarında artımlar edilib:

"Ötən müddət ərzində sistemdə çalışan bəzi təhsilverənlərin isə bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmadığından onların əməkhaqlarına artımların tətbiq edilməsi mümkün olmayıb. Bu səbəbdən 8-10 sentyabr tarixlərində yalnız diaqnostik qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak etməyən şəxslər üçün proses təşkil ediləcək".

Şöbə müdiri qeyd edib ki, diaqnostik qiymətləndirilməyə cəlb edilmiş və ya MİQ nəticəsində işə qəbul edilmiş şəxslərin prosesə cəlbi nəzərdə tutulmur:

"Proses yalnız test imtahanı mərhələsindən ibarətdir. İştirakçılara 90 dəqiqə ərzində 40 ixtisas üzrə, 20 tədris metodikası və təlim strategiyaları olmaqla 60 sual təqdim ediləcək. Diaqnostik qiymətləndirmədən keçmiş hesab olunmaq üçün hər bölmə üzrə sualların ən azı 10 faizinə düzgün cavab vermək tələb olunur". 

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью