Bu müəssisələrlə bağlı YENİ TƏLƏB SƏRƏNCAM

10.09.2026

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanda qida zəncirinin bütün mərhələlərində təhlükəsizlik və keyfiyyət standartlarının yüksəldilməsi məqsədilə mühüm addım atılır.

“Yeni Sabah” xəbər verir ki, Qida təhlükəsizliyinin təmin edilməsinə dair yeni Dövlət Proqramına əsasən, ölkədə fəaliyyət göstərən qida müəssisələrində beynəlxalq təhlükəsizlik standartı olan Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri (HACCP) sisteminin tətbiqinin sürətləndirilməsi ana hədəflərdən biri kimi müəyyən edilib.

Sənədə uyğun olaraq, yaxın illərdə ölkə üzrə qida müəssisələrinin 80 faizində HACCP-a əsaslanan daxili nəzarət mexanizminin tam formalaşdırılmasına nail olunması nəzərdə tutulur. Pepperoni pizza

Bu sistemin geniş tətbiqi istehsal və emal proseslərində yarana biləcək bioloji, kimyəvi və fiziki risklərin əvvəlcədən təsbit edilərək neytrallaşdırılmasına, bununla da həm yerli istehlakçıların keyfiyyətli qida ilə təmin olunmasına, həm də yerli məhsulların xarici bazarlara rəqabətqabiliyyətli çıxışına şərait yaradacaq.

Nazim Hacıyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью