Bu müğənni Murad Arifin qohumudur FOTO

30.11.2024

Sfera.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İfaçı və stomatoloq Elnar Xəlilov müğənni - bəstəkar Murad Arifin qohumu olduğunu açıqlayıb.

Sfera.az xəbər verir ki, bu haqda Elnar qonaq olduğu "Xəbərin var?" maqazin verilişində məlumat verib.

Xəlilov bildirib ki, Murad onun xalası oğludur:

"Biz Muradla bir-birimizə "xala uşağı" düşürük. Anam yetim, kimsəsiz olduğu üçün Murad Arifin xalası mənim anamın analığıdır. Anamı Murad Arifin xalası saxlayıb. Bəlkədə istedad oradan gəlir. Murad Arifi həqiqətən çox istəyirəm. O çox istedadlı insandır. Bu haqda heç zaman açıqlama verməmişəm. Burada ilk dəfədir ki, bu haqda danışıram".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью