Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiya ilə Avropa arasında müharibə baş verərsə, heç kim bu münaqişədən qalib kimi çıxmayacaq.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya lideri Vladimir Putin bildirib.
“Əgər vəziyyət həddindən artıq gərginləşərsə, heç kim qalib gəlməyəcək. Bunu heç kim unutmasın”, – deyə prezident bildirib.
O əlavə edib ki, Avropa liderləri indiyədək Rusiyaya strateji məğlubiyyət yaşada bilməyiblər və 2030-cu ilə qədər də bunu bacarmaları ehtimalı çox aşağıdır.