Icma.az bildirir, Konkret.az portalına istinadən. İtaliyada “Böyük Yeddilik” (G7) ölkələrinin xarici işlər nazirlərinin toplantısı keçirilib
ABŞ, Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, Kanada və Yaponiyanın xarici işlər nazirləri, o cümlədən Avropa İttifaqının ali nümayəndəsi
KONKRET.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.
O vurğulayıb ki, şübhəsiz ki, toplantıda əsas mövzu Rusiya – Ukrayna müharibəsi olub: “Bu səbəbdən toplantıya Ukraynanın xarici işlər naziri Andriy Sibiqa da dəvət olunub.
Ukraynalı baş diplomat ölkəsinə verilən dəstəyə görə müttəfiqlərə minnətdarlığını bildirib və onları Rusiyanın işğalı qarşısında həmrəy olmağa çağırıb.
Sibiqa həmkarlarının diqqətini Rusiyanın müharibəni genişləndirmək üçün atdığı son addımlara, Şimali Koreya qoşunlarının bölgədə yerləşdirilməsinə, Ukraynanın nüvə enerji obyektlərinə zərbələrin endirilməsinə və orta mənzilli ballistik raketlərin tətbiqinə yönəldib.
Sibiqa Ukraynaya dəstəyin xeyriyyəçilik olmadığını, Avroatlantik birliyə və dünyanın təhlükəsizliyinə ən yaxşı sərmayə olduğunu söyləyib.
Ukraynanın xarici işlər naziri Rusiya-Şimali Koreya ittifaqı üzərində xüsusi dayanıb.