Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ukrayna Vladimir Zelenski ilə rusiyalı həmkarı Vladimir Putinin görüşünü istəyir.
Axar.az xəbər verir ki, bunu Əbu-Dabidəki üçtərəfli görüşü şərh edən Ukrayna xarici işlər naziri Andrey Sibiqa bildirib.
“Ukraynanın mesajı gərginliyin azaldılması və Ukrayna tərəfindən təklif edilən atəşkəs, eləcə də təhlükəsizlik zəmanətlərindən ibarətdir. Digər məqam isə Ukrayna Prezidenti Vladimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüşdür. Bu, müharibənin sonunu həqiqətən sürətləndirə bilər”, - Sibiqa vurğulayıb.