Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Mən bu müharibəyə skeptik yanaşıram. Düşünürəm ki, biz onu başlamamalı idik. Bir çox səhvlərə yol verilib".
“AzPolitika” xəbər verir ki, bunu ABŞ Respublikaçılar partiyasının sponsorlarından biri, “PayPal” və “Palantir” şirkətlərinin həmtəsisçisi, amerikalı milyarder Peter Til İrana qarşı savaşla bağlı deyib.
“Politico” nəşri onun Neşvildəki mühazirəsini dərc edib. Həmin çıxışında Til ABŞ Prezidenti Donald Trampın İrana qarşı müharibəsinin məqsədəuyğunluğuna şübhə ilə yanaşdığnı bildirib. Onun fikrincə, ABŞ bu münaqişəyə başlamamalı idi.
Milyarder ABŞ-nin bu qarşıdurmada uğur qazanmaq qabiliyyətini şübhə altına alaraq, ölkənin hərbi cəhətdən qeyri-kafi vəziyyətdə olduğunu və beynəlxalq təsir uğrunda mübarizədə uduza biləcəyini bildirib. Mühazirə zamanı milyarder həmçinin neokonservatorlara və Yaxın Şərqdəki müharibələrə qarşı çıxdığını vurğulayıb.
Bu açıqlamaların Konqresə aralıq seçkilərinə az qalmış indiki vaxtda verilməsi diqqət cəlb edir. Lakin nəşr qeyd edir ki, bütün bunlar milyarderin Trampa dəstəyini dayandıracağı anlamına gəlmir.
“AzPolitika.info”