Bu mükafat bizə həm maddi, həm də mənəvi dəstəkdir Naibə Allahverdiyeva

07.05.2026

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Prezident İlham Əliyev tərəfindən imzalanan Sərəncamla Prezident mükafatına layiq görülən sənətçilər arasında Xalq artisti Naibə Allahverdiyeva da yer alıb.

Redaktor.az-a açıqlamasında Xalq artisti Naibə Allahverdiyeva bu mükafatın gözlənilən olduğunu bildirdi.

"Əlbəttə, bu mükafatı gözləyirdim. Çox sevindim. Öncəliklə ölkə başçımıza öz minnətdarlığımı bildirirəm. Yəni bu mükafat bizə həm maddi, həm mənəvi köməkdir".

Müsahibimiz vurğuladı ki, teatr sahəsində maaşlar çox aşağıdır:

"Ümumiyyətlə, teatr sahəsində, xüsusilə bizim teatrın maaşları aşağıdır. Yəni Milli Gənc Tamaşaçılar Teatrı. Ona görə də bu, bizə maddi, həm də mənəvi dəstəkdir. Ona görə, əlbəttə, sevindim".

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью