“Bu mükafat futbolçular üçün əlavə bir motivasiyadı”

03.12.2024

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

2-ci liqada “Ayın qolu” layihəsi çərçivəsində “Şahdağ Qusar” futbol klubunun üzvü Tural Qurbatov mükafatlandırılıb.

Oktyabrın ən yaxşı qolunun müəllifinə mükafatı Peşəkar Futbol Liqasının Media və marketinq direktoru Sənan Abdullayev təqdim edib.
Turalla əlaqə saxladıq, indiyə kimi belə mükafat alıb-almadığını soruşduq:

“Yox, ilk dəfədi. Peşəkar Futbol Liqasına təşəkkür edirəm ki, belə bir mükafat qoyublar. Bu mükafat futbolçular üçün əlavə bir motivasiyadı”.


ƏSƏD SEYİDOV
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью