Bu mükafat İlham Əliyevin dünya miqyaslı lider olduğunu bir daha sübut etdi

22.01.2026

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

“Bu gün mürəkkəb regional və qlobal şəraitdə Azərbaycana siyasətin davamlılığını, daxili sabitliyi və milli maraqların ardıcıl qorunmasını təmin etməyi bacaran Prezident İlham Əliyev rəhbərlik edir. Dövlət strategiyasını müəyyən edən bu göstəricilərin beynəlxalq aləmdə yüksək qiymətləndirilməsi olduqca sevindirici haldır. Bunun bariz nümunəsi Azərbaycan Prezidentinin Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu Şeyx Zayed Fondu tərəfindən 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsidir”.
Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib.
O deyib ki, bu mötəbər mükafat təkcə İlham Əliyevin şəxsi liderlik keyfiyyətlərini əks etdirmir, həm də Azərbaycan dövlətinin post-münaqişə dövründə formalaşdırdığı və təşviq etdiyi sülh gündəliyinin qlobal miqyasda tanındığını nümayiş etdirir:
“Tarixi Zəfər və uğurlu antiterror əməliyyatı nəticəsində Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam şəkildə bərpa etdi, uzun müddət davam edən ərazi mübahisələrinin belə beynəlxalq hüququn norma və prinsip bütün dünyaya ləri əsasında həll edilə biləcəyini açıq şəkildə nümayiş etdirdi. Bütün bunlar Azərbaycan dövlətinin həm əməkdaşlıq mühitinin yaradılması üçün ilkin şərtlərin yaradıldığı Cənubi Qafqaz regionunda, həm də qlobal miqyasda mövqeyini gücləndirdi.  Sonrakı dövrdə rəsmi Bakı sülh və təhlükəsizliyə yönəlmiş sülh gündəliyini məqsədyönlü şəkildə təşviq etdi. Bu yolda ölkəmiz Ermənistanda revanşist əhval-ruhiyyəsini alovlandırmaq və Cənubi Qafqazda yeni gərginlik ocaqları yaratmaq istəyən qüvvələrin misli görünməmiş təzyiqi ilə üzləşdi. Yalnız güclü siyasi iradəyə malik xarizmatik lider bu müqavimətə qarşı çıxa bilərdi. Prezident İlham Əliyev bu missiyanı uğurlu və parlaq şəkildə yerinə yetirdi”.
Deputatın sözlərinə görə, Prezident İlham Əliyev bəyan etdiyi mövqelərdən bir addım da geri çəkilməyərək beynəlxalq arenada Bakının sülh gündəliyinin fundamental prinsiplərini ardıcıl olaraq müdafiə etdi:
“Bu fəaliyyətin məntiqi nəticəsi isə ötən ilin avqustun 8-də Vaşinqtonda Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri tərəfindən iki ölkə liderlərinin və ABŞ Prezidentinin iştirakı ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş” layihəsinin paraflanması oldu. Bu hadisə İlham Əliyevin daha bir parlaq diplomatik qələbəsi idi və Azərbaycanın qlobal səhnədə qalib ölkə kimi statusunu bir daha təsdiqlədi və Cənubi Qafqaz və bəlkə də daha geniş region üçün böyük təhlükə yaradan münaqişəyə son qoydu.  Azərbaycan beynəlxalq aləmə nümayiş etdirdi ki, genişmiqyaslı dəyişikliklər və çağırışlar dövründə dövlətin sabitliyində əsas həlledici amil kimi onun milli liderinin şəxsiyyəti çıxış edir və məhz onun siyasi iradəsi və strateji düşüncəsi dövlətin həm inkişaf vektorlarını, həm də daxili sabitliyi, eləcə də beynəlxalq aləmdəki qələbələrini müəyyən edir. Prezident İlham Əliyevin nüfuzlu Şeyx Zayed Mükafatı ilə təltif edilməsi bir daha onu təsdiqləyir ki, müstəqil Azərbaycan Respublikasına dünya miqyaslı bir lider rəhbərlik edir və onun rəhbərliyi altında dövlətimizin mütərəqqi inkişafı hökmən təmin ediləcəkdir”. 
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью