Bu mükəmməl klub üçün ilk qolu vurdum

01.03.2025

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Renat Dadaşov “Radomyak”ın heyətində debüt etməsi və qol vurması haqda fikirlərini bölüşüb.

"Football-plus.az" xəbər verir ki, o, Polşa çempionatının 23-cü turunun “Vidzev”lə oyununda fərqlənib. Renat bu haqda sosial şəbəkə hesabında paylaşım edib:

“Yeni komandamda debüt etdiyim üçün şadam. O cümlədən bu mükəmməl klub üçün ilk qolu da vurdum. Üç xal qazanmaq istəyirdik. Buna baxmayaraq, işimizi davam etdiririk və bütün diqqətimizi növbəti oyuna yönəldirik”.


Qeyd edək ki, "Radomyak" 25 yaşlı futbolçu ilə cari mövsümün sonunadək müqavilə imzalayıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью