Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır. “Gürcüstan və Azərbaycan strateji tərəfdaşdır.
Uzun illər Azərbaycan öz beynəlxalq layihələrini məhz Gürcüstan ilə əməkdaşlıq nəticəsində dünya bazarlarına çıxara bilir.
Eyni zamanda, Azərbaycan, Gürcüstan, Türkiyə əməkdaşlığı nəticə etibarı ilə hər üç dövlətin də iqtisadi güclənməsinə töhfə verməkdədir”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
N.Həmzəyev Gürcüstanda keçirilmiş parlament seçkilərindən sonra Kobaxidzenin ilk səfərini Azərbaycana etməsi bunu bariz nümunəsi olduğunu diqqətə çatdırıb: “Bu, Gürcüstanın dövlətinin, hökumətinin, xalqının da Azərbaycana dost, qardaş və yüksək səviyyəli qonşuluq münasibəti bəsləməsindən irəli gəlməkdədir.
Uzun illərdir ki, biz Azərbaycan Gürcüstan münasibətlərində biz artan xətt üzrə inkişafı müşahidə edirik və bu inkişaf bütün sahələr üzrə nəzərə çarpır.
Xüsusilə də Azərbaycanın Gürcüstana sərmayə qoyması, Gürcüstanda yeni limanların inşası və Azərbaycan məhsullarının bu limanlar vasitəsilə dünya bazarlarına çıxarılması üçün həyata keçirilən yeni layihələr onu deməyə imkan verir ki, bu münasibətlərin inkişaf etdirilməsi üçün çox böyük potensial var.
Xüsusən də Azərbaycanın son illərdə nəqliyyat xabını, şəbəkəsini qura bilməsi, şərq-qərb, şimal-cənab nəqliyyat dəhlizinin şaxələndirilməsi və Gürcüstanın da bu prosesdə əsas iştirakçılardan biri olması onu deməyə imkan verir ki, Orta dəhliz üzrə yükdaşımaların həcminin artırılması üçün biz Gürcüstanla əməkdaşlığı mütləq gücləndirməliyik və çalışmalıyıq ki, bu potensialı maksimuma qədər istifadə edək ki, mövcud imkanları düzgün dəyərləndirək, yükdaşımalar və nəqliyyat hərəkətindəki bazarda payımızı daha da artıraq”.