Icma.az, Olke.az portalına istinadən məlumat verir. "Oktyabrın 18-də Prezident İlham Əliyev Qazaxıstanın “Kazinform” agentliyinə müsahibə ve
Dövlət başçımız bu müsahibədə Azərbaycan-Qazaxıstan münasibətlərinin hazırkı səviyyəsi, Türk dünyasında birliyin əhəmiyyəti və regional əmək
Azərbaycan ilə Qazaxıstan arasında əlaqələr dərin tarixi və mədəni köklərə söykənir.
İki xalq əsrlər boyu dostluq və qarşılıqlı hörmət ruhunda yaşamış, bu gün isə həmin münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir".
Ölkə.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, Azərbaycan və Qazaxıstanı birləşdirən yalnız siyasi və iqtisadi maraqlar deyil, həm də ortaq mədəni və mənəvi dəyərlərdir: "Türk dünyasının iki əsas üzvü kimi, hər iki ölkə regional inteqrasiya proseslərinə fəal töhfə verir.
Ölkə başçımızın da müsahibə zamanı qeyd etdiyi kimi, Azərbaycan-Qazaxıstan münasibətləri qardaşlıq, etimad və səmimiyyət modeli kimi digər dövlətlər üçün də nümunə ola bilər.
Bu müsahibə təkcə iki ölkə arasındakı əlaqələrin növbəti mərhələsini təsdiqləmir, həm də Türk dünyasının birliyinə, iqtisadi inteqrasiyaya və siyasi həmrəyliyə xidmət edən strateji mesaj daşıyır.