Bu, mütənasib cavabdır, Rusiyadan qat qat güclüyük

14.10.2025

Icma.az, Operativ MM saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Rusiya təyyarəsinin NATO səmasında vurulması zəiflik əlaməti olardı".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Mark Rutte deyib.

"Nə qədər ki, ruslar heç bir təhlükə yaratmır, biz onları doğru şəkildə hava məkanımızdan çıxaracağıq. Bu, mütənasib cavabdır. Biz Rusiyadan qat-qat güclüyük", - o deyib.

Ruttenin fikrincə, alyans zəif olsaydı, təyyarələr dərhal vurula bilərdi, lakin daha güclü olduğuna görə NATO-nun cavabı mütənasibdir.

Avropa Parlamenti bundan əvvəl Aİ ölkələrini Aİ hava məkanında Rusiya təyyarələrini vurmağa çağıran qətnamə qəbul edib . Qətnamədə aydınlıq gətirilir ki, o, Aİ-yə koordinasiyalı tədbirlər görməyə imkan verəcək istənilən təşəbbüsləri təşviq edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью